02.10.2026 - 08:09
Ukraynaya vurulan zərərin məbləği açıqlanıb
Dünya 2 baxış

Ukraynaya vurulan zərərin məbləği açıqlanıb

Ukrayna hökuməti, Rusiya ilə davam edən hərbi münaqişənin ölkəyə vurduğu maddi zərərin məbləğini açıqlayıb. Ümumi zərərin 600 milyard dolları keçdiyi bildirilib.

Minval.info xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Macarıstandakı səfiri Fedor Sandor “InfoRadio”ya verdiyi müsahibədə açıqlayıb. Onun sözlərinə görə, sənaye obyektlərinə 60 milyard dollardan artıq zərər dəyib.

Nəqliyyat infrastrukturuna vurulan zərərin 96 milyard dollar olduğu qeyd olunub. Enerji sektoru isə 100 milyard dollardan çox itki ilə üzləşib.

Diplomat, zərərin həcminin hər keçən gün artmağa davam etdiyini də vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: