17.08.2026 - 12:43
Kriminal 24 baxış

Türkiyəni "satın alacağını" iddia edən keçmiş iş adamı narkotik əməliyyatında həbs edildi

Ankarada narkotik və insan alverinə qarşı keçirilən əməliyyat çərçivəsində keçmiş PETLAS İdarə Heyətinin üzvü Abdülkadir Özcan saxlanılıb.

Minval.info xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun rəhbərliyi altında aparılan istintaq nəticəsində ümumilikdə 26 nəfər haqqında hüquqi tədbirlər görülüb və onlardan 18-i həbs olunub.

Abdülkadir Özcanın evində aparılan axtarış zamanı marixuana olduğu ehtimal edilən 175,45 qram maddə tapılıb. Maddənin dəqiq tərkibinin müəyyən edilməsi üçün kriminal ekspertizaya göndərildiyi bildirilib.

Qeyd edək ki, Abdülkadir Özcan 2024-cü ildə Türk Hava Yollarının Dubay-İstanbul reysində baş verən insidentlə gündəmə gəlmişdi. “Business Class”da səyahət edən Özcan, spirtli içki servisinin dayandırılmasından sonra kabin heyəti və sərnişinlərlə mübahisə etmiş, “Mən milyard dollarlıq adamam, Türkiyəni satın alaram” ifadəsini işlətmişdi. Bu hadisədən sonra Türk Hava Yolları onu qara siyahıya salmış və PETLAS şirkəti də onun İdarə Heyətindən çıxarılması qərarını vermişdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: