Türkiyə-Azərbaycan müdafiə əməkdaşlığında yeni dövr: Havelsan-ın texnoloji hədiyyəsi
Türkiyənin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən HAVELSAN şirkəti, komanda-idarəetmə texnologiyaları üzrə hazırladığı mühüm proqram həllini Azərbaycan Hərbi Hava Qüvvələrinə təqdim edib. Bu addım, hər iki ölkə arasında hərbi əməkdaşlıq sahəsində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Minval.info xəbər verir ki, bu yeni sistem Azərbaycan Hərbi Hava Qüvvələrinin əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, müasir münaqişələrdə hava qüvvələrinin rolu getdikcə daha da önəmli olur və bu sistemlər bu rolu daha da gücləndirəcək.
Türkiyə və Azərbaycan arasında hava məkanının qorunması istiqamətində əvvəllər də bir sıra mühüm layihələr həyata keçirilib. ASELSAN şirkətinin hazırladığı sistemlər hər iki ölkədə tətbiq olunmuşdu. İndi isə HAVELSAN-ın təqdim etdiyi yeni idarəetmə sistemi, ortaq hava əməliyyatlarının daha effektiv planlaşdırılması və icrası üçün rəqəmsal platforma üzərindən idarəetmə imkanı yaradır.
Bu sistem, əməliyyat mərkəzlərində çalışan heyətə, döyüşlərin idarə olunmasında daha səmərəli qərarlar qəbul etməyə imkan verəcək. Eyni zamanda, əməliyyat məlumatlarının real vaxt rejimində izlənilməsi və idarə olunması üçün də şərait yaradacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026