03.10.2026 - 10:45
Türk Dövlətlərinin Əməkdaşlıq Günü: tdt-nin rolu və əhəmiyyəti
Gündəm 4 baxış

Türk Dövlətlərinin Əməkdaşlıq Günü: tdt-nin rolu və əhəmiyyəti

3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd edilir. Bu gün 2009-cu ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasına səbəb olan Naxçıvan Sazişinin imzalanması ilə təsis edilib.

Minval.info xəbər verir ki, Türk Dövlətləri Təşkilatı (TDT) ortaq tarix, dil, kimlik və mədəniyyət əsasında qurulmuş, iştirakçı ölkələr arasında həmrəyliyin və əlaqələrin dərinləşməsinə xidmət edən mühüm bir platformadır.

Naxçıvan Zirvə toplantısında Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Azərbaycan liderləri bir araya gəlmiş və vacib qərarlar qəbul etmişdir. Bu görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsi və Naxçıvan Bəyannaməsinin imzalanması tarixi addımlar kimi yadda qalmışdır.

TDT-nin fəaliyyətinin səmərəli davamı üçün Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Ağsaqqallar Şurası və digər qurumlar təsis edilmişdir. Bunlar arasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası və Türk Biznes Şurası da yer alır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: