07.07.2019 - 14:40
Qəribə 132 baxış

Turistlərə görə qadın polislərə şortik geyinməyi əmr etdi

Livanın Brumanna şəhərinin meri Pyer Açkar qadın polislərə turistləri cəlb etmək üçün qısa şortikdə gəzməyi əmr edib.

“Qafqazinfo” xəbər verir ki, merin sözlərinə görə, bu üsul daha çox qərb turistlərinin cəlb olunmasına kömək edəcək:

“Qərb ölkələrinin bizim haqqımızda olan düşüncələrini dəyişdirmək istəyirik. Aralıq dəniz ölkələrində turistlərin 99 faizi qısa şortiklərdə gəzir”.

Merin bu fəaliyyəti siyasi sferada kəskin etirazlara səbəb olub. Mühafizəkarlar Açkarı qadın polislərini lüzumsuz “soyundurmaq”da ittiham edirlər. Liberallar isə kişi polislərin tamamiylə qapalı geyindiyi halda, qadınların uniforma kimi qısa şortikdə gəzməsinə qarşı çıxıblar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: