Tulin Ələkbərova və tələbəsi azadlığa buraxıldı
Tanınmış kikboks məşqçisi Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli azadlığa buraxılıb. Onlar 9 ay əvvəl həbs edilmişdilər.
Minval.info xəbər verir ki, Tulin Ələkbərova və Abbas Rəhimliyə qarşı irəli sürülən ittihamlar üzrə təqsirləri sübuta yetirilmədiyindən, istintaq orqanı tərəfindən cinayət işi xitam edilib. Bu səbəbdən hər iki şəxs bu gün azadlığa buraxılıb.
Xatırladaq ki, hadisə 2025-ci il dekabrın 4-də Abşeron rayonu ərazisində baş vermişdi. 2004-cü il təvəllüdlü şəxsə qarşı quldurluq cinayəti ilə bağlı Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Tulin Ələkbərova və Abbas Rəhimli şübhəli şəxs qismində saxlanılmışdı. 2025-ci ilin dekabrın 6-da isə Abşeron Rayon Məhkəməsində hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə ittiham irəli sürülmüşdü.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maskalı şəxs azyaşlılara hücum etdi, saxlanıldı
34 il əvvəl atasını öldürən şəxs həbs edildi
Tupak Şakurun qatili ömürlük həbs cəzası aldı
13 il əvvəlki qətlin təşkilatçısı məhkəmədə
Kürdəmirli oğru qızılları satıb avtomobil aldı
Flyblast rəhbəri Polşada həbs edildi!
ŞƏT sammitində 28 mühüm sənəd imzalandı