17.08.2026 - 13:33
Kriminal 25 baxış

TikTok tanışlığı kabusa çevrildi: "vəzifəli şəxs" 91 min manatlıq dələduzluğa görə məhkum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsi, TikTok üzərindən tanış olduğu qadına qarşı dələduzluq etməkdə ittiham olunan Kamil Səmədovun cinayət işi üzrə qərarını açıqlayıb. Məhkəmə prosesi hakim Günel Səmədovanın sədrliyi ilə keçirilib və nəticədə Kamil Səmədov altı il müddətinə azadlıqdan məhrum edilib.

Minval.info xəbər verir ki, Kamil Səmədov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə dələduzluq cinayətini törətməkdə təqsirli bilinib. İttihama görə, o, zərərçəkmiş K.Qocayevanın etibarını qazanmaq üçün özünü polis əməkdaşı kimi təqdim edib və geniş əlaqələrə malik olduğunu iddia edib.

Kamil Səmədov, qadını müxtəlif biznes layihələrinə sərmayə yatırmağa inandıraraq, ona yüksək gəlir vəd edib. Bu yolla, 2023-cü ilin avqust ayında K.Qocayevadan 88 000 manat alıb, lakin vəsaiti şəxsi ehtiyaclarına sərf edib. Bundan əlavə, 2024-cü ilin aprel ayında qadından 3 000 manat alaraq, bu məbləği də şəxsi məqsədlərinə xərcləyib və nəticədə zərərçəkmişə ümumilikdə 91 000 manat ziyan vurub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: