TikTok fenomeni "beniz"in keçmiş həyat yoldaşı i̇stanbulda müəmmalı şəkildə ölü tapıldı
Türkiyənin İstanbul şəhərində, Qaziosmanpaşa rayonunda bir yaşayış binasında cəsədi tapılan Rövşən Zeynalovun kimliyi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Minval.info xəbər verir ki, 1977-ci il təvəllüdlü Rövşən Zeynalovun cəsədi ailəsinə təhvil verilib. O, əslən Qubadlı rayonundan olub və Türkiyədə ayaqqabı biznesi ilə məşğul olan bir iş adamı kimi tanınıb.
Əldə edilən digər məlumata görə, Rövşən Zeynalov, “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın keçmiş həyat yoldaşı olub və onların Mətin adlı bir övladı var.
Xatırladaq ki, tiktoker “Beniz” 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bu, onun barəsində sevgilisi X.Kərimov tərəfindən Suraxanı Rayon Polis İdarəsinə edilən şikayət əsasında baş verib. Hüquq-mühafizə orqanları tərəfindən “Beniz” barəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə cinayət işi açılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
78 yaşlı kişi nəvəsinin sevgilisini bıçaqladı: dəhşətli hadisə
Oğuzda narkotik ticarəti ilə məşğul olan şəxslər saxlanıldı
Məşhur manyak Çikatilonu ifadə verməyə nə məcbur etdi?
Gəlinini bıçaqlamaqda ittiham olunan şəxs təcridxanada vəfat etdi
Vüsal Şilderin qətli: cinayətin qiyməti 1000 manat olub?
Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Sumqayıtda keçmiş yeznəsini aldatdı, məhkəmə qərarı verildi