Tibb işçilərinin maaş artımı: Səhiyyədə yeni dövr
Azərbaycanda tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni qərar, səhiyyə sistemində son illərin ən genişmiqyaslı əməkhaqqı islahatlarından biri kimi qiymətləndirilir. Sentyabrın 1-dən etibarən tətbiq olunan yeni mexanizm, TƏBİB-in tabeliyində çalışan 72 mindən çox tibb işçisini əhatə edir və sistem üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılır.
Minval.info xəbər verir ki, islahatın əhəmiyyəti yalnız həkim və digər tibb işçilərinin daha yüksək maaş almasından ibarət deyil. Yeni sistemin əsas hədəflərindən biri, səhiyyənin uzun illərdir üzləşdiyi bir sıra problemlərin, xüsusilə regionlarda həkim çatışmazlığının aradan qaldırılması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və tibb işçilərinin dövlət səhiyyə müəssisələrində işləməyə marağının artırılmasıdır.
Səhiyyə sisteminin əsas problemlərindən biri, ixtisaslı həkimlərin dövlət tibb müəssisələrindən özəl sektora keçməsi və ya paralel şəkildə bir neçə müəssisədə işləmək məcburiyyətində qalmasıdır. Yeni sistemdə bəzi ixtisaslar üzrə maaşların 50-100 faizdən çox artırılması bu baxımdan ciddi dəyişiklik yarada bilər. Məsələn, ilkin səhiyyə xidmətində çalışan ailə və sahə həkimlərinin aylıq əməkhaqqı 1150 manatdan 2000 manata çatdırılır. Təcili tibbi yardım şöbələrində çalışan bəzi həkimlərin maaşı isə 3000 manatadək yüksəlir.
İslahatın diqqətçəkən tərəflərindən biri, regionlara xüsusi yanaşmanın tətbiq edilməsidir. Uzun illərdir Azərbaycanın bir sıra rayonlarında dar ixtisaslı həkimlərin çatışmazlığı müşahidə olunur. Yeni əməkhaqqı sistemi bu tendensiyanı dəyişməyə hesablanıb. Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, digər şəhər və rayonlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi əlavələr nəzərdə tutulur. Ən böyük artımlardan biri uşaq anestezioloq-reanimatoloqlarına şamil edilir. Onların aylıq əməkhaqqı 1450 manatdan 3000 manata yüksəldilir. Neonatoloqların maaşı 1450 manatdan 2400 manata, hemodializ həkimlərinin əməkhaqqı isə 1450 manatdan 2250 manata çatdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şuşada qaya daşlarına yazı yazan turistlər cəzalandırılacaq
Formula 1 zamanı məktəblər onlayn rejimə keçir
Paşinyan: Ermənistandan Azərbaycana ilk ixrac baş tutdu
Özəl bağçalar dövlət dəstəyi ilə seçildi!
Kommunal tariflərdə bölgələr üçün fərqli yanaşma?
Sentyabrda istilik rekordu: 33 dərəcə!
Direktorun avadanlıqları evinə aparması araşdırılır