04.09.2026 - 21:55
Ölkə 10 baxış

Taksi sürücülərinin profilləri niyə bloklanır?

Son günlərdə taksi sürücüləri profillərinin bloklanması ilə əlaqədar narazılıqlarını ifadə edirlər. Sürücülər sosial şəbəkələrdə paylaşdıqları videolarda ‘fərqlənmə nişanı’nı sistemə yükləyə bilmədiklərini və bu səbəbdən çətinlik yaşadıqlarını bildirirlər.

Minval.info xəbər verir ki, sürücülərdən biri, ‘Fərqlənmə nişanı’ alındığını, lakin nişanı yükləmək üçün yer tapmadıqlarını və ‘Bolt’ şirkətinə müraciət etdiklərini, lakin cavab almadıqlarını qeyd edib. O, həmçinin ‘Bakı KOB evi’ndən də üç gündür cavab ala bilmədiklərini vurğulayıb.

Məsələ ilə bağlı ‘Bolt’ şirkətindən verilən açıqlamada bildirilib ki, şirkətin əsas məqsədi sərnişinlər və sürücü tərəfdaşlar üçün təhlükəsiz, etibarlı və keyfiyyətli xidmət təmin etməkdir. Şirkət, fərqlənmə nişanı ilə bağlı məlumatların AYNA ilə inteqrasiya vasitəsilə gündəlik yeniləndiyini və bütün taksi platformaları ilə paylaşıldığını qeyd edib. Sürücülərdən bu sənədi ayrıca sistemə yükləmək tələb olunmur. Fərqlənmə nişanı AYNA tərəfindən təqdim edildikdən sonra müvafiq məlumat bazada avtomatik olaraq yenilənir. Azərbaycan qanunvericiliyi və aidiyyəti dövlət qurumlarının tələblərinə uyğun olaraq zəruri sənədləri olmayan sürücülərə əvvəlcədən xəbərdarlıq edilir və tələblər yerinə yetirilmədiyi halda onların profilləri bloklana bilər. Bütün tələb olunan sənədləri, o cümlədən fərqlənmə nişanını vaxtında əldə etmiş sürücülərin profilləri bu səbəbdən bloklanmır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: