Tahir Kərimli: “Əziz müxalifətçilər, eybi yox, məni söyün, amma ayılın!”
Deputat Tahir Kərimli Milli Məclisdəki çıxışında qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik gününün gəldiyini xatırladıb. O bildirib ki, bu dəfə ilk dəfədir Həmrəylik gününün gerçək ab-havasına köklənib, bu da ölkə prezidentinin bir müddət əvvəl səsləndirdiyi fikirlər, səsləndirdiyi tarixi mövqeyi ilə əlaqədardır.
Minval.info xəbər verir ki, T.Kərimli Prezidentin Cənubda yaşayan soydaşlarımızın vəziyyəti, o cümlədən ana dilində təhsillə bağlı mövqeyinə istinad edib. “Bu gün dünya azərbaycanlılarının İlham Əliyevə böyük ehtiyacı var. Hələ bizim qarşımızda böyük vəzifələr var”-deyən T.Kərimli əlavə edib ki, bizim böyük Azərbaycanın qurtuluşu Qarabağdan başlayır, artıq Qarabağ azaddır, amma Xankəndiyə qayıdış məsələsinin həlli üçün çalışmalıyıq.
Deputat Azərbaycan liderinin ətrafında birləşməyə çağırıb: “Bu gün inhisarçılığa qarşı mübarizəni kim bacara, xaricdəki qüvvələri kim neytrallaşdıra bilər? Son 200 ildə ilk dəfədir böyük tarix yazılıb. Əziz qardaşlar, əziz müxalifətçilər, eybi yox, məni söyün, amma ayılın! Xankəndi məsələsi həllini tapmalıdır. Dünya azərbaycanlıların lideri kimi İlham Əliyevin ətrafında birləşək!”
T.Kərimli Qərbin, ABŞ-ın Suriya, Liviya və digər ölkələrdə törətdiklərinə toxunub: “Hardadır Liviyanın 250 milyard pulu?”
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!