Tərtərin mərmilər yağan sahələrində məhsul yığımı başladı VİDEOREPORTAJ
“Görürüsünüz, bu nankor ermənilərin top atəşinə tutmasına baxmayaraq, bu camaat işləyir. 15 gün gecikmə ilə olsa da, şəkər çuğundurunu yığacağıq. Gördüyünüz bu sahənin yuxarı tərəfinə də, aşağı hissəsinə də mərmi düşüb. Yenə də bizi o raketlər, o mərmilər qorxutmur” – Tərtər rayonuna sığınan Yusif Camalov belə deyir.
1994-cü ilin aprelində, Suqovuşan işğal olunan ərəfədə Tərtər rayonuna sığınan Yusif Camalov bu illər ərzində bir an olsa belə dədə-baba torpaqlarına qayıdacağına şübhə etməyib. Deyir ki, bu güvən ötən illər ərzində onu və onun kimi yüzlərlə soydaşımızı ayaqda saxlayıb, gələcəyə inamlı edib.
Nəhayət, 2020-ci ilin 3 oktyabr tarixi Suqovuşanın işğalçılardan təmizlənməsi günü kimi tarixə yazılıb. Yusif Camalov deyir ki, illərlə Tərtər rayonunda əkin-biçinlə məşğul olub, 2021-ci iliin yaz əkininə Suqovuşanda başlayacağından böyük sevinclə danışır.
ƏLAQƏLİ
2 əsrlik Zaqatala qalasında gördüklərimiz: Çar Rusiyasının işğalını ilan təhlükəsi əvəzləyib - FOTO
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"