Tərcüməçi Ziya Muradovun müəmmalı ölümü: Sirr pərdəsi aralanır
Tanınmış tərcüməçi Ziya Muradovun müəmmalı şəkildə vəfat etməsi xəbəri cəmiyyətdə böyük səs-küyə səbəb olub. O, Qubada baş verən hadisə nəticəsində həyatını itirib.
Minval.info xəbər verir ki, “Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xudoğlu bu barədə məlumat verib. Onun sözlərinə görə, hadisə avqustun 1-də Qubada 17 nəfərin iştirak etdiyi səfər zamanı baş verib. Lakin Ziya Muradovun hansı şəraitdə öldüyü ilə bağlı bir sıra müəmmalı məqamlar mövcuddur.
Şahbaz Xudoğlu bildirib ki, mərhumun ailəsi onun bədənində zədə izlərinin olduğunu qeyd edir. Hadisənin baş verdiyi yer və ölümün necə baş verməsi ilə bağlı müxtəlif ifadələr səsləndirilir. Nəşriyyat rəhbəri əlavə edib ki, Ziya Muradovun ölümündən uzun müddət xəbərsiz qalıblar. Bir neçə gündür ona yeni tərcümə işi vermək üçün zəng etsələr də, telefonunun sönülü olduğunu görüblər. Yalnız bundan sonra tərcüməçinin avqustun 1-də dünyasını dəyişdiyini öyrəniblər.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Şahbaz Xudoğlu hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı apardığı araşdırmaya aydınlıq gətirilməsini istəyib və bu ölüm faktı üzrə hansı tədbirlərin görüldüyünü sorğulayıb. O, cinayət işinin başlanıb-başlanmadığını və başlanmayıbsa, bunun hansı əsasla olduğunu soruşub.
Qeyd edək ki, Ziya Muradov uzun illər “Qanun” Nəşriyyatı ilə əməkdaşlıq edib və rus dilindən Azərbaycan dilinə bir çox kitablar tərcümə edib. Onun son tərcümələrindən biri Yevgeni Zamyatinin “Biz” romanıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək