Təhsil haqları ailə büdcəsinə necə təsir edir?
Azərbaycanda universitetlərdə təhsil haqları müxtəlif amillərə görə dəyişir. Ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi və universitetin marketinq siyasəti bu məbləğlərin formalaşmasında mühüm rol oynayır. Hazırda ölkədə illik təhsil haqqı 8 min manat olan universitetlərlə yanaşı, 1 500-2 000 manat civarında ödəniş tələb edən ali məktəblər də mövcuddur.
Minval.info xəbər verir ki, orta hesabla illik təhsil haqqı təxminən 3 500 manat təşkil edir. Bu məbləğ orta aylıq əməkhaqqının üç mislinə, minimum əməkhaqqının isə 10 mislinə yaxınlaşır. Bu isə ailələrin büdcəsi üçün böyük yükdür. Universitetlərin təhsil haqları hesabına formalaşan büdcəsi onların fəaliyyətinin davamlılığı baxımından əhəmiyyətlidir. Ali məktəblər bu vəsaitlər hesabına müəllimlərin və inzibati heyətin əməkhaqlarını maliyyələşdirir, maddi-texniki bazanı yeniləyir və tədris imkanlarını genişləndirir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, banklar tərəfindən təhsil kreditlərinin əlçatanlığının artırılması vacibdir. Valideynlərin əlavə ağır şərtlər və yüksək ilkin ödənişlərlə üzləşmədən təhsil krediti əldə etməsi üçün çevik mexanizmlərin yaradılmasına ehtiyac var. Eyni zamanda, universitetlərdə dövlət hesabına, yəni ödənişsiz təhsil imkanlarının genişləndirilməsi də mühüm məsələdir. Təhsil birbaşa ölkənin gələcəyi ilə bağlı olduğundan, ödənişli təhsilin üstün mövqeyə keçməsi və dövlət hesabına yerlərin azalması arzuolunan hal deyil. Dövlət tərəfindən müəyyən meyarlar hazırlanaraq hansı universitetlərdə ödənişsiz təhsil yerlərinin daha çox olması təşviq edilə bilər. Bu, ali məktəblərə əlavə dövlət dəstəyinin göstərilməsi ilə daha çox tələbəyə ödənişsiz təhsil imkanı yaratmasına şərait verə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı metrosunda 4 stansiya üçün yeni marşrutlar
Minimum əməkhaqqı 660 manata yüksəlir?
Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağı ilə işıqlandı
Bakıda 46 küçə yeniləndi: Təmir davam edir!
Yasamalda qurumuş ağac təhlükə saçır
Azərbaycan və Çin Xəzərdə enerji əməkdaşlığını gücləndirir
Bağçada psixotrop maddə: Komitə araşdırma tələb edir