Suraxanıda qəbiristanlıqda ürək ağrıdan mənzərə: Alaq otları, su qıtlığı və oğurluq problemi
Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən və “Beton zavod” adı ilə tanınan qəbiristanlıqda ciddi problemlər yaşanır. Sakinlər uzun müddətdir burada təmizlik işlərinin aparılmadığını və qəbirlərin ətrafının alaq otları ilə örtüldüyünü bildirirlər.
Minval.info xəbər verir ki, çəkiliş zamanı qəbiristanlıqda bir çox qəbirlərin ətrafında hündür və quru otların olduğu, bəzi yerlərdə isə alaq otlarının qəbir daşlarına qədər yayıldığı müşahidə edilib. Şikayətçilərin sözlərinə görə, ərazidəki işçilər otları təmizləmək üçün onları yandırmağa çalışıblar, lakin bu, bəzi qəbirlərə ciddi zərər verib.
Bundan əlavə, sakinlər qəbiristanlıqdakı bulaqdan iki ildir su gəlmədiyini, bu səbəbdən də qəbirlərin ətrafının təmizlənməsinin çətinləşdiyini vurğulayırlar. Eyni zamanda, bəzi qəbirlərin üzərindən güldan və digər əşyaların oğurlandığı da iddia olunur.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək