Sumqayıtda dəhşətli hadisə - Qadının üzərinə benzin töküb yandırmaq istədi
Bakı. 13 mart. Minval.info/ DİN-in “102 Zəng Mərkəz” Xidmətinə Sumqayıt şəhəri 3-cü məhəllənin ərazisində bir kişinin qadının üzərinə benzin tökərək yandırmaq istədiyi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları qeyd edilən ünvana gəliblər. Polis əməkdaşlarını görən həmin şəxs onlara müqavimət göstərib və benzinlə özünü də yandırmağa cəhd göstərib.
Lakin əməkdaşların çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınaraq zərərsizləşdirilib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Saxlanılaraq ŞPİ-yə gətirilən həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Köçəri Məhərrəmov olduğu, şəhər sakini M.Şirinovanı xuliqanlıq zəminində döyərək benzinlə yandırmaq istəməsi müəyyən edilib.
Faktla bağlı toplanmış materiallar Sumqayıt Şəhər Prokurorluğuna göndərilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı