07.12.2022 - 14:06
Vacib 120 baxış

Sülhməramlılar jurnalistlərimizi Xocalıya buraxmadı

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-ü keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə Xocalıdakı qərargahda müzakirələri davam etdirəcək.

“Qafqazinfo”nun məlumatına görə, bu məqsədlə Şuşadan Xocalıya yola düşən İctimai TV-nin əməkdaşı ilə sülhməramlılar arasında mübahisə düşüb.

İTV-nin Xəbərlər Departamentinin direktoru Fikrət Doluxanovun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov Azərbaycan mediasına Azərbaycan ərazilərinə keçməyə maneə törədib. O, daha sonra xidmətdə olan sülhməramlıların onların keçidinə mane olduqlarını bildirib.

Hadisə yerindən videoreportajı təqdim edirik:

Xatırladaq ki, sülhməramlıların iştirakı ilə analoji hadisə bir neçə gün öncə də yaşanmışdı.

***

APA-nın məlumatına görə, media nümayəndələri sülhməramlıların postunu piyada keçərək Xankəndi istiqamətində bir qədər irəliləməyə nail olsalar da, Rusiya hərbçiləri əlavə qüvvə cəlb edərək jurnalistlərin qarşısını kəsib, geri qaytarıblar.

Onlar bu hərəkətlərini heç bir formada əsaslandırmayıblar.

Monitorinq qrupunun Xocalıda danışıqları davam edir.

https://www.youtube.com/watch?v=lnS6cMrdnTM&ab_channel=%C4%B0CT%C4%B0MA%C4%B0TV

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: