Somali sahillərində gəmiyə silahlı basqın: Təhlükəsizlik zəifliyi nələrə yol açır?
Somali sahillərində Komor adaları bayrağı altında üzən bir yük gəmisi silahlı şəxslərin hücumuna məruz qalıb və ələ keçirilib.
Minval.info xəbər verir ki, bu barədə Britaniyanın dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşmış “Ambrey” şirkəti məlumat yayıb.
Hadisə, Somalinin Eyl şəhərindən təxminən 25 dəniz mili şimal-şərqdə baş verib. Səkkiz nəfərdən ibarət silahlı qrup gəmiyə daxil olaraq onu nəzarət altına alıb.
Gəmi sonuncu dəfə Bakı vaxtı ilə saat 14:31-də avtomatik identifikasiya sistemi vasitəsilə siqnal göndərib. Həmin vaxt gəmi Somali sahillərinə doğru şimal-qərb istiqamətində hərəkət edirdi.
Yük gəmisi Türkiyənin Tekirdağ şəhərindən yola çıxaraq Tanzaniyanın Dar əs-Salam şəhərinə gedirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncənin ilk mülki şəhidinin anası oğlunun xatirələrini bölüşdü
Vətən müharibəsi iştirakçısı Cəlilabadda vəzifəyə təyin edildi
Bakıda axşam yağış yağacaq, bəzi bölgələrdə şimşək çaxacaq
Təhsil işçiləri Beynəlxalq Müəllimlər Günündə təltif edilib
Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Bakıda sabah yağış yağacağı ehtimalı var
Qubanın dağlıq ərazilərinə ilki qar yağdı