Sloveniyada iş imkanları: 200-dən çox vakansiya!
Dövlət Məşğulluq Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərərək, “Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsi çərçivəsində Sloveniyada 200-dən çox vakansiya üzrə işə qəbul üçün müraciətlərin qəbuluna start verib.
Minval.info xəbər verir ki, müraciətlər onlayn şəkildə qəbul edilir və təklif olunan iş yerləri əsasən sənaye, logistika və səhiyyə sahələrini əhatə edir. Vakansiyalar arasında material emalçısı, qaynaqçı, çilingər, anbar işçisi, dəzgah operatoru, istehsalat işçisi, tibb bacısı, təsərrüfat xidməti işçisi və texniki xidmət işçisi kimi müxtəlif peşələr yer alır.
Bu vakansiyalar üzrə əməkhaqqı, Sloveniyada müəyyən edilmiş minimum əməkhaqqından az olmamaq şərtilə təyin edilib və iş yerləri rəsmi əmək müqaviləsi əsasında təklif olunur. Agentlik, xaricdə rəsmi və təminatlı iş imkanlarından yararlanmaq istəyən uyğun namizədləri müraciət etməyə dəvət edir.
Hər bir vakansiya üzrə tələblərlə tanış olmaq və müraciət etmək üçün bu linkə keçid edə bilərsiniz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib