Şirvanda loqopedin uşağı döyməsi narazılıq yaratdı
Şirvanda loqopedin nitq qüsurlu uşağı məşğələ zamanı döyməsi ilə bağlı görüntülərin yayılması cəmiyyətdə ciddi narazılıq doğurub. Bu hadisə reabilitasiya və xüsusi təhsil mərkəzlərində nəzarət problemlərini yenidən gündəmə gətirib.
Minval.info xəbər verir ki, Azərbaycan Autizm Assosiasiyasının və Türk Dövlətləri Autizm Federasiyasının rəhbəri Elnur Məmmədli yayılan görüntülərə münasibət bildirərək, bu cür hadisələrin sistemli bir problemin göstəricisi olduğunu vurğulayıb. O, autizmli uşaqlara qarşı zorakılığın hər bir valideyn üçün ağır olduğunu qeyd edib və bu məsələyə artıq susmağın mümkün olmadığını bildirib.
Elnur Məmmədli, autizm, reabilitasiya və xüsusi təhsil mərkəzlərinə ciddi dövlət nəzarətinin təmin edilməsinin vacibliyini vurğulayıb. O, bütün mərkəzlərin lisenziyalaşdırılması, burada çalışan mütəxəssislərin ixtisas və peşəkarlığının yoxlanılması, uşaqların təhlükəsizliyi üçün vahid standartların tətbiq olunmasını tələb edib. Assosiasiya rəhbəri, həmçinin mərkəzlərdə mütəmadi dövlət nəzarətinin həyata keçirilməsini, zorakılıq və qeyri-insani davranış hallarına qarşı sərt tədbirlərin görülməsini və valideynlərin şikayətlərinin operativ araşdırılmasını vacib sayıb.
“Söhbət sadəcə xidmət sahəsindən getmir. Söhbət uşaqlarımızın təhlükəsizliyindən, sağlamlığından və gələcəyindən gedir. Uşaqlarımız heç kimin üzərində təcrübə obyekti deyil! Artıq yalnız reaksiya vermək yox, konkret tədbir görmək vaxtıdır!” – deyə Elnur Məmmədli vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026