Siqaret üstündə dava: 21 yaşlı gənc həbs edildi
Lənkəranda baş verən hadisədə gənc oğlan tanımadığı şəxsi döyərək həbs olunub. Hadisə Molla Pənah Vaqif küçəsində qeydə alınıb. 21 yaşlı Musa Nəzərov küçədə Ceyhundan siqaret istəyib. Ceyhun siqareti olmadığını bildirdikdən sonra Musa təkrar soruşub. Ceyhun “Sənə dedim axı yoxdur, məni ələ salmısan ya özünü?” deyə cavab verib. Bu cavabdan sonra tərəflər arasında mübahisə yaranıb və Musa Ceyhunu yumruqla vurub. Ceyhun yerə yıxıldıqdan sonra Musa onu təpiklə vuraraq xəsarət yetirib. Minval.info xəbər verir ki, zərərçəkənin şikayəti əsasında Musa Nəzərov polis tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb. Məhkəmənin qərarı ilə Musa Nəzərov 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək