Seyid Taleh dini toylara 2000 manata gedir
Son günlər sosial şəbəkədə dini məclislərdə musiqi ifa edən məddahlar kəskin tənqid olunur.
Minval.info xəbər verir ki, xüsusilə inanclılar arasında məşhur məddah kimi tanınan Seyid Taleh Boradigahi yenidən gündəmə gəlib. Onun sonuncu dəfə dini məclislərin birində oxuduğu ilahi nəğmə etirazla qarşılanıb. Belə ki, inanclıların fikrincə, “Dilbərim” musiqisinin sözləri dini sözlərlə əvəz edilərək ifa edilib. Bu səbəbdən Seyid Taleh sərt reaksiyaya tuş gəlib.
İşin maraqlı yönü ondan ibarətdir ki, heç bir ilahiyyatçı bununla əlaqədar mövqeyini bildirməyib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Yalnız bir müddət öncə Təzə Pir Məscidinin axundu Mircəfər Əyyubzadə mövzu ilə bağlı fikrini dilə gətirən zaman onu tənqid edib. Seyid Taleh buna sərt reaksiya verərək ilahiyyatçının ünvanına “çoban” sözünü işlədib.
Ehtimal edilir ki, bəzi ilahiyyatçılar məhz bu səbəbdən və ya dostluq münasibətlərinə zərər vurmamaqdan ötrü məsələ ilə bağlı münasibət bildirmirlər.
Xatırladaq ki, sözügedən məddah bir neçə dəfə dindarların etirazına səbəb olacaq çıxışlar edib. Minval.info-nun əldə etdiyi özəl məlumata görə, adını çəkdiyimiz şəxs dini məclislərdə nə az, nə çox düz 2000 manat qarşılığında iştirak edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Minval.İnfo
Həmçinin oxu: Seyid Talehdən “2000 manata toylara gedir” xəbərinə REAKSİYA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda