Saxta şirkət dəstəsinin məhkəməsi başladı: Milyonlar mənimsənilib
Vətəndaşların adlarına saxta şirkətlər təsis edərək qanunsuz pul dövriyyələri həyata keçirən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.
Minval.info xəbər verir ki, məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib. Baş Prokurorluğun apardığı araşdırmalar nəticəsində cinayət işi üzrə 10-a yaxın şəxs məsuliyyətə cəlb olunub. Təqsirləndirilənlər arasında “SHARM DİZAYN” MMC-nin rəhbəri Elton Səlimov, “KANARYA.LLD” MMC-nin rəhbəri Çələbi Məmmədov, “ZINAV-LTD” MMC-nin rəhbəri Rövşən Hüseynov və digər şəxslər var.
İş materiallarına əsasən, dəstə üzvləri müxtəlif vətəndaşları aldadaraq onların adına VÖEN və şirkətlər rəsmiləşdirib, daha sonra həmin hüquqi şəxslər vasitəsilə müxtəlif maliyyə əməliyyatları həyata keçiriblər. Zərərçəkənlərdən biri yalnız Dövlət Vergi Xidmətindən bildiriş aldıqdan sonra öz adına şirkət açıldığını və həmin şirkətin 55 min manat vergi borcunun yarandığını öyrənib. Digər zərərçəkən isə xaricə getmək istəyərkən ölkədən çıxışına məhdudiyyət qoyulduğunu bilib və onun adına rəsmiləşdirilmiş şirkətlər üzrə 40 min manatdan artıq vergi borcu yaranıb.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
İstintaq zamanı həmin şəxsin adına rəsmiləşdirilən şirkətlər üzrə ümumilikdə bir milyon manatdan artıq dövriyyənin qeydə alındığı müəyyən edilib. İttihama görə, təqsirləndirilən şəxslər bu əməllər nəticəsində milyonlarla manat qanunsuz gəlir əldə ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək