Sabunçuda neft kəmərində oğurluq cəhdi və yanğın
Sabunçu rayonu Maştağa qəsəbəsində, Savalan yaşayış massivinin yaxınlığında yerləşən magistral yeraltı neft kəmərində sentyabrın 2-də gecə saatlarında yanğın baş verib. Hadisə zamanı kəmərə qanunsuz müdaxilə edərək oğurluğa cəhd göstərilib.
Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, yanğın söndürüldükdən sonra ərazidə aparılan baxış zamanı neft kəmərinə qanunsuz müdaxilə məqsədilə əlavə avadanlıqların quraşdırıldığı aşkarlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində 31 yaşlı Kənan Əliyev və əvvəllər məhkum olunmuş 29 yaşlı Araz Yaqubov şübhəli şəxs qismində saxlanılıb.
Yanğının məhz bu şəxslərin neft kəmərinə qanunsuz müdaxiləsi nəticəsində baş verdiyi müəyyən edilib. Faktla bağlı araşdırma davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maştağada qız qaçıran gənc qəza törətdi
Məhkəmə qərarlarını dəyişdirmək adıyla dələduzluq: 4 nəfərə hökm oxundu
Qobustanda narkotik alverçiləri saxlanıldı: 3 kq aşkarlanıb
İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il cəza
Bakıda avtomobildən 78 min manat oğurlandı
Avstraliyada 1,2 milyon dollarlıq qoyun oğurluğu!
Biləsuvarda borc istəyən qadın döyüldü