Sabiq baş inspektor Səfər Mehdiyevi məhkəməyə verdi
Dövlət Gömrük Komitəsinin (DGK) sabiq sədri, general-polkovnik Səfər Mehdiyev məhkəməyə verilib.
Minval.info Qaynarinfo-ya istinadla xəbər verir ki, keçmiş sədrlə bağlı məhkəməyə Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı Körpü” gömrük postunun sabiq baş inspektoru Əliyar (şərti) adlı şəxs müraciət edib.
O, Səfər Mehdiyevin 18 yanvar 2022-ci il tarixli sərəncamı ilə qanunsuz olaraq gömrük orqanlarında xidmətinə xitam verildiyini iddia edir. Sabiq baş inspektor məhkəmədən Səfər Mehdiyevin onun barəsində verdiyi sərəncamın ləğv edilməsini, Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı Körpü” gömrük postuna yenidən işə bərpa olunmasını, 1 fevral 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Hakimin qərarına əsasən, iddia ərizəsinin məzmunundan və iş materiallarından aydın olur ki, iddia inzibati orqan olan Dövlət Gömrük Komitəsi ilə dövlət qulluqçusu (hərbi qulluqçu) arasında yaranmış hüquq münasibətlərilə bağlı olduğundan, bu mübahisəyə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxıla bilməz. Buna görə də iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab edilib və ərizə sənədlərlə birlikdə iddiaçıya geri qaytarılıb.
İddiaçıya “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üzrə əmək haqqı” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməli olduğu bildirilib.
Qeyd edək ki, general-polkovnik Səfər Mehdiyev 23 aprel 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilib. 16 iyul 2022-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vəzifəsindən azad olunub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda ruhi əsəb xəstəsi olan 25 yaşlı qız itkin düşdü
İcra başçısı yeni müavin təyin etdi
General 3 şöbə və 2 idarə rəisini işdən çıxardı
Yağmurlu hava ilə bağlı sürücülərə xəbərdarlıq edildi
Bürclər - 19 may
"Baku Bus"dan spirtli içki içənlər barədə QADAĞA
Sabah Azərbaycanda intensiv yağış və qar yağacaq