Sabah Bakıda və Abşeronda güclü yağış gözlənilir
Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da fasilələrlə yağış yağacağı ehtimal olunur. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağışın qısamüddətli leysan xarakterli olması və şimşək çaxması gözlənilir. Cənub-şərq küləyi əsməsi proqnozlaşdırılır.
Minval.info xəbər verir ki, havanın temperaturu gecə 13-17° isti, gündüz isə 19-22° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə 70-80 % arasında dəyişəcək.
Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında, axşam isə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimşək çaxması, dolu düşməsi və dağlıq ərazilərdə qar yağması mümkündür. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək, şərq küləyi əsməsi gözlənilir.
Rayonlarda havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlıq ərazilərdə isə gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları uğurla davam edir
Bosniya və Herseqovinada seçki nəticələri: üç lider qalib gəldi
Azərbaycanda hava şəraiti kəskin dəyişdi: dağlıq ərazilərə qar yağdı
Dağlıq rayonlara qar yağdı: Qrızda 10 sm
Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı
Naxçıvan nümayəndəliyində maliyyə yoxlamaları aparılır
Bakıda yağıntılı hava şəraiti nə qədər davam edəcək