Sabah bəzi bölgələrdə 40 dərəcə isti olacaq
Sabah Azərbaycanda bəzi bölgələrdə 40 dərəcə isti gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Minval.info xəbər verir ki, havanın temperaturu gecə saatlarında 23-27° isti, gündüz isə 30-35° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz isə 50-55% arasında dəyişəcək. Azərbaycanın digər rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə edilə bilər. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 21-25° isti, gündüz isə 35-38°, bəzi yerlərdə isə 40° isti olacaq. Dağlıq ərazilərdə gecə 12-17° isti, gündüz isə 21-26° isti gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026