Saakaşvili səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcək
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili səhhətindəki problemə görə Tbilisi şəhər məhkəməsinin onun işi ilə bağlı iclasında iştirak edə bilməyəcək.
Minval.info xəbər verir ki, bu barədə M.Saakaşvili feysbuk səhifəsində bildirib.
“Səhhətimlə əlaqədar sabahkı (bugünkü-red) prosesdə iştirak etməyəcəm. Məni məhkəməyə getməyə vadar edən yeganə məsələ o insanların bir neçə aydır təzyiqlərə məruz qalması idi. Bu insanlar dərhal azadlığa buraxılmalıdırlar”, – Saakaşvili qeyd edib.
Tbilisi Şəhər Məhkəməsi dekabrın 9-da keçmiş prezidentin sərhədi qanunsuz keçməsi ilə bağlı məsələni ikinci dəfə baxışa çıxaracaq.
Qeyd edək ki, Saakaşvili məhkəmənin noyabrın 16-da keçirilən ilk iclasında da iştirak etməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub