Şərurda ilk tiktok paylaşımı baha başa gəldi: 500 manat cərimə!
Şərur rayonunda yaşayan Rəsul Hüseynov, Tiktok sosial şəbəkəsində ilk paylaşımını edərkən nalayiq ifadələr işlədib və bu səbəbdən saxlanılıb.
Minval.info xəbər verir ki, 47 yaşlı Rəsul Hüseynovun paylaşdığı video, ictimai mənəviyyatı təhqir edərək cəmiyyətə hörmətsizlik kimi qiymətləndirilib. Bu səbəbdən polis əməkdaşları tərəfindən saxlanılan Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilib.
Hüseynov, dostu ilə Arpaçaya gedərkən sərxoş halda dostunun ona su atdığı üçün söyüş söydüyünü bildirib. İlk dəfə sosial şəbəkədə paylaşım etdiyini və peşman olduğunu deyən Hüseynov, məhkəmədən həbslə bağlı olmayan bir cəza istəyib. Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində cərimələnib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
78 yaşlı kişi nəvəsinin sevgilisini bıçaqladı: dəhşətli hadisə
Oğuzda narkotik ticarəti ilə məşğul olan şəxslər saxlanıldı
Məşhur manyak Çikatilonu ifadə verməyə nə məcbur etdi?
Gəlinini bıçaqlamaqda ittiham olunan şəxs təcridxanada vəfat etdi
Vüsal Şilderin qətli: cinayətin qiyməti 1000 manat olub?
Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Sumqayıtda keçmiş yeznəsini aldatdı, məhkəmə qərarı verildi