Şəkər xəstəsi uşaq bağçadan niyə uzaqlaşdırıldı? – Valideynlərin narahatlığı artır
Bakıdakı bir uşaq bağçasında şəkərli diabet xəstəsi olan azyaşlının bağçadan uzaqlaşdırıldığı iddia olunur. Valideyn Hədiyyə Qurbanəliyeva, “Barama” uşaq bağçasının “Əcəmi” filialından övladının xəbərdarlıq edilmədən çıxarıldığını bildirir.
Minval.info xəbər verir ki, valideynin sözlərinə görə, uşağın bütün tibbi sənədləri qaydasındadır və mütəmadi olaraq həkim nəzarətindədir. Buna baxmayaraq, bağça rəhbərliyi uşağın xəstəliyini səbəb göstərərək onun bağçada qalmasına məhdudiyyət qoyub.
Hədiyyə Qurbanəliyeva iddia edir ki, əvvəlcə onlara uşağın bir neçə ay evdə qalmasının daha yaxşı olacağı deyilib. Daha sonra isə uşağın bağçada qalması üçün fərdi nəzarətçi tutulması tələb edilib ki, bu da onların maliyyə imkanlarını aşır. Valideyn, bağça əməkdaşlarının dəfələrlə onlarla əlaqə saxlayaraq uşağın portal qeydiyyatından çıxarılmasını istədiklərini, lakin onların bu tələbi qəbul etmədiklərini bildirir. Buna baxmayaraq, uşağın qeydiyyatının ləğv edildiyi barədə məlumat alıblar, lakin rəsmi sənəd və ya tibbi rəy təqdim edilməyib.
Valideyn bu yanaşmanın etik normalara və uşaqların hüquqlarının qorunması prinsiplərinə zidd olduğunu vurğulayır və artıq aidiyyəti qurumlara müraciət etdiklərini bildirir. Müəssisə rəhbərliyi isə məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
Sabahın hava proqnozu açıqlandı
Bakıda Binəqədi və Sabunçu rayonlarında yollar təmirə görə bağlanır
Azərbaycanda pulsuz hüquqi yardım sistemi təklif olunur
Əli Nağıyev Azərbaycanın itkin düşmüş şəxslərinin sayını açıqladı