09.01.2018 - 13:08
Gündəm 23 baxış

Şəhriyar Del Geraninin yalanı rəsmən ifşa olundu: "Əsassız və uydurmadır" - AÇIQLAMA

“Favorit”

Xəbər verdiyimiz kimi, yazıçı Şəhriyar Del Garani “Favorit” marketdə satıcı ilə onun arasında mübahisə olduğunu bildirib. Bu üzdən satıcını filial müdirinə şikayət etdiyini və işdən çıxartdırdığını qeyd edib. Yazıçı bildirib ki, mübahisəyə səbəb satıcıdan Rusiya istehsalı kolbasa istəməsi, market işçisinin isə bunun qarşılığında ona “halal” məhsul təklif etməsi olub.

Məlumat üçün bildirək ki, “Favorit” supermarketlər şəbəkəsi Veysəloğlu Şirkətlər Qrupuna aiddir.

Şirkətin İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı və yaxud Korporativ Sosial Məsuliyyət üzrə menecer Hayal Azeroğlu Minval.info-ya açıqlamasında deyib ki, bu cür hala rast gəlinməyib.

O, söyləyib ki, statusda qeyd olunan məsələ dərhal araşdırılıb. Məlum olub ki, ötən gün “Favorit” supermarketlərinin heç bir filialında bu cür hala rast gəlinməyib.

“Ümumiyyətlə, hər hansı əməkdaşın işdən azad olunması hadisəsi baş verməyib. Şəhriyar bəyin yazdığı sözlər tamamilə əsassız və uydurmadır”.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: