Rza Zərrab ilə hakimin dialoqu: şifrəli sənədlər açıqlandı

ABŞ-da davam edən “Halkbank”ın baş direktor müavini Hakan Atillanın məhkəməsində şahid qismində çıxış edən Rza Zərrab İrana qızıl ticarəti etmək məqsədilə “Halk Bank”da hesab açmaq üçün Türkiyənin keçmiş iqtisadiyyat naziri Zafer Caglayana rüşvət verdiyini açıqlayıb.
O, toplam olaraq 40-50 milyon avro məbləğində rüşvət verdiyini vurğulayıb.
Rza Zərrab məhkəmədə “Halk Bank”ın baş direktoru ilə görüşmək istədiyini, lakin buna nail ola bilmədiyini deyib. Daha sonra sabiq nazir Zafer Çağlayanla görüşərək, baş direktor ilə əlaqə yaratmağa nail olduğunu açıqlayıb. R.Zərrab nazirin ona yüzdə əlli təklifini qəbul edib. Və ona 50 milyon avro rüşvət verdiyini də açıqlayıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Məhkəmə sorğusunda rüşvətə aid dəlillər də ortaya çıxarılıb.

Musavat.com Nyu-Yorkda baş tutan məhkəmədə hakim, prokuror və Rza Zərrab arasındakı dialoqun tam mətnini təqdim edir:
Prokuror: Zafer Çağlayan ilə necə tanış oldunuz?
Zərrab: Bir balıq restoranında tanış olduq.
Prokuror: Qarşılaşdığınız zaman nə etdiniz.
Zərrab: Özümü tanıttım. Daha sonra “Halk Bank”ın baş direktoru ilə görüşə bilmədiyimi və onunla görüşmək istədiyimi anlatdım.

Prokuror: Zafer Çağlayan nə dedi?
ƏLAQƏLİ
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Zərrab: Bunu üz-üzə danışmağımı dedi və görüş təyin etdik.
Prokuror: Görüş harada baş tutdu.
Zərrab: Çağlayanın ofisində…
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Prokuror: Çağlayan nə dedi.
Zərrab: Mənə o bankda hesab aça biləcəyimi söylədi.
Prokuror: Çağlayan “Halk Bank” ilə nə etmək istədiyini bilirdimi?
Zərrab: Bəli…
Prokuror: Edəcəklərinizin İranla bağlı olduğunun fərqində idimi?
Zərrab: Əlbəttə…
Prokuror: Görüşdə daha nələrdən danışdınız?
Zərrab: Görəcəyim ticarətlə bağlı ona ətraflı məlumatlar verdim. Məndən nə qədər xeyir qazanacağını soruşdu , onu izah etdim. Mənə davamlı olaraq 50-50 işləməyi təklif etdi.
Prokuror: Qəbul etdinizmi?
Zərrab: Bəli…
ƏLAQƏLİ
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
HAKİM: Bütün bunlar tam olaraq nə zaman yaşanıb?
Zərrab: 2012-ci illərin əvvəlində…
Daha sonra prokuror “37 30” nömrəli dəlili açaraq Rza Zərrabdan şirkətin mühasibat hesabatlarına aid bu kağızın nə olduğunu soruşub.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Prokuror: Bu e postanı sizə kim göndərib?
Zərrab: Bunu mənə Abdullah Happani göndərib.

Prokuror: O kimdir?
Zərrab: Mənim sahib olduğum şirkətin məndən sonra ikinci idarəçisi.
Prokuror: Bu e mail sizə mi göndərilib.
Zərrab: Bəli…
Prokuror daha bir dəlil (foto) göstərərək “burada nəyə baxırsınız” sualını verib.
Zərrab: İrandakı ticarətdən qazandığımızın pulun nə qədərini Zafer Çağlayana verəcəyimiz barədə söhbət edirik.
ƏLAQƏLİ
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Prokuror: Bu sənədləri kim hazırlayırdı.
Zərrab: Bizim daxili mühasibat şöbəmiz…
Prokuror: Sənədlərdə “Cash TO Çağlayan” yazılıb, bu nə deməkdir?
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Zərrab: Çağlayana göndərilən məbləğ anlamındadır.
Prokuror: Bəs burada yazılan FCY nə deməkdir.
Zərrab: Ödənən pulların valyutasıdır.
Prokuror: Bəs DDİ nə deməkdir?
Zərrab: Ödənən pulun miqdarı…
Prokuror: İlk sətirdəkiləri oxuya bilərsinizmi?
Zərrab: Bir milyon 750 min avro…
Hakim: Bu sənədlərin hansı tarixdə hazırlandığını deyə bilərsənmi?
Zərrab: 19 mart 2012-ci ildən 27 mart 2017-ci ilədək.
ƏLAQƏLİ
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Hakim: Çağlayana ödədiyin bütün pullar bu qədərmi?
Zərrab: Xeyr cənab hakim, siyahıda olmayan bir çox ödəmələr var.
Hakim: Toplam olaraq rəqəm varmı?
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Zərrab: 31 milyon 789 min 500 avro…
Prokuror: Zafer Çağıayanla görüşünüzdən sonra “Halk Bankın” müdiri ilə görüşdünüzmü?

Zərrab: Bəli görüşdük. Ona necə bir ticarət edəcəyimi izah etdim.
Prokuror: Süleyman Aslan bunu qəbul etdimi?
Zərrab: Bəli…
Qeyd edək ki, Rza Zərrab dünəndən etibarən 3 gün ərzində şahid qismində ifadə verəcək. Yeni məhkəmənin keçirilməsi bu gün axşam saatlarında baş tutacaq.
Turan Oruc,
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda