Rusiya Zuyevi Bakıya göndərməkdən imtina etdi

Rusiyanın Azərbaycandakı yeni səfiri hazırda MDB ölkələrindən birində səfir vəzifəsində çalışan diplomat olacaq.
Bunu APA-ya açıqlamasında Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov deyib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Onun sözlərinə görə, mətbuatda adı hallanan Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin Azərbaycanda səfir vəzifəsinə namizədliyi məsələsinə baxılmır.
“Bildiyim qədəri ilə yeni səfir hazırda MDB ölkələrindən birində səfir vəzifəsini tutan diplomat olacaq. Qabaqcadan həmin şəxsin adını açıqlamaq istəmirəm”, – deyə Dövlət Dumasının komitə sədri bildirib.
Qeyd edək ki, bu il iyulun 5-də Rusiya KİV Dövlət Dumasının Azərbaycanda səfir vəzifəsinə Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin təsdiqləndiyini yazıb.
Bu günlərdə yayılan qeyri-rəsmi məlumatlarda isə bildirilir ki, Azərbaycan G. Zuyevin səfir təyin olunması üçün aqreman verməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda