Rusiya yenə Azərbaycan üzrə birincidir
Minval.İnfo Trend-ə istinadən xəbər verir ki, yalnız noyabr ayı ərzində Azərbaycana 201 304 nəfər səfər edib. Ötən müddətdə ölkəmizə ən çox turist iyul ayında gəlib. Həmin ayda Azərbaycana 313 515 nəfər səfər edib.
Azərbaycana səfər edənlər arasında ilk yeri Rusiya, sonrakı yerləri isə Gürcüstan, İran vətəndaşları tutur.
Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycana Rusiyadan 790 258, Gürcüstandan 488 269, İrandan isə 340 702 xarici vətəndaş gəlib.
Qeyd edilən müddətdə Türkiyədən Azərbaycana 275 147, Birləşmiş Ərəb Əmirliyindən 87 215, İraqdan 58 259, Ukraynadan 53 583, Qazaxıstandan 33 439, Səudiyyə Ərəbistanından 32 644 xarici vətəndaş səyahət edib.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycana 1 799 367-i Avropa ölkələrindən olmaqla, ümumilikdə 2 242 783 xarici vətəndaş səfər edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda IRONMAN yarışı üçün yollar bağlanır
Qərb mediasının Azərbaycana qarşı qərəzli kampaniyası
Renat Dadaşov Ukraynanın 'Bukovina' klubunda!
Bakıda göz rəngi əməliyyatı görməni zəiflətdi
Bakıda arıçılıq məhsullarının yarmarkası başlayır
Gənclik Mall önündə tıxacın gizli səbəbi açıqlandı
Azərbaycanın demoqrafik gələcəyi təhlükədədir