Restoranda qardaşları bıçaqlayan şəxsə 4 il həbs
Bakıda iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda 2001-ci il təvəllüdlü Namiq Şirinliyə hökm oxunub. Hadisə ötən il sentyabrın 25-də, gecə saat 02 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Okean” restoranında baş verib.
Minval.info xəbər verir ki, Namiq Şirinli restoranda müştəri qismində əyləşmiş Babək və Asəf Qazıyev qardaşlarına yaxınlaşaraq pul tələb edib. Onlar imtina etdikdə tərəflər arasında sözlü mübahisə yaranıb və mübahisə restoranın həyətində davam edib. Burada Namiq Şirinli xuliqanlıq niyyəti ilə cib bıçağı ilə qardaşlara zərbələr endirib.
Məhkəmə Namiq Şirinlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilən xuliqanlıq) maddələri ilə təqsirli bilib və ona 4 il həbs cəzası verilib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək