Ərdoğan feministləri İslama hörmətsizlikdə ittiham etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun mərkəzində keçirilən aksiyada iştirak edən qadınları İslam dininə hörmətsizlikdə ittiham edib.
Bu barədə BBC məlumat yayıb.
Televiziyada çıxışı zamanı Ərdoğan etiraz aksiyasından kadrları göstərərək, qadınların yaxınlıqdakı məsciddə azan səslənən vaxt müxtəlif şüarları car çəkdiklərini bildirib.
ƏLAQƏLİ
Deputat: “Nikah şəhadətnaməsi tələb edilmədən mehmanxanalara giriş əxlaqsızlığa yol açır”
“Onlar azana sayğısızlıq edib”, – deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Beynəlxalq Qadınlar günü münasibətilə keçirilən yürüşdə bir neçə min qadın iştirak edib. Aksiya iştirakçılarını dağıtmaq üçün asayiş keşikçiləri gözyaşardıcı qaz tətbiq edib.
Aksiya iştirakçıları sosial şəbəkələrdə yürüşün azana mane olmaq məqsədi daşımadığını bildiriblər.
ƏLAQƏLİ
“Sakit göl” hotelində qəribə prosedur: nikahsız cütlüklər nahar edə bilməz
Qeyd edək ki, Türkiyədə 2003-cü ildən bəri hər il martın 8-də qadınların yürüşü keçirilir. Etirazçılar qadına qarşı şiddətə son qoyulmasını və gender bərabərliyi tələb edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Sakit göl” hotelində qəribə prosedur: nikahsız cütlüklər nahar edə bilməz
Ermənilər azərbaycanlı şəhid kimi Sərdar Ortacın şəklini yaydılar
Bakıda təcili yardım maşını ilə daşınanlar ŞOKa saldı - VİDEO
Bakı sakini toyuğa görə qardaşını öldürdü
Stiv Cobs ölməyib? – Foto