Qurbanov "Qarabağ"ın hücum xəttini tənqid etdi
“Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubuna məğlub olub. İki oyunun nəticəsinə əsasən (1:0, 1:4) “Qarabağ” turnirdə mübarizəni dayandırıb.
Minval.info xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra komandasının çıxışını dəyərləndirib. O, “Qarabağ”ın hücum xəttində problemlərlə üzləşdiyini və geniş hücum xəttinə ehtiyac duyduqlarını bildirib.
Qurbanov açıqlamasında, “Məğlub olmaq istəmirdik. Çox həvəsli və istəkli idik. Səhvlərimiz oldu. Hücum xəttində çatışmazlıqlarımız vardı. Belə rəqiblərə qarşı geniş hücum xəttin olmalıdır. Amma meydanda vuruşan kollektiv gördük. Rəqibi təbrik edirəm. İrəliyə daha yaxşı baxmalıyıq. Futbolçulara heç nə demədim. Möhtəşəm dəstək gördük. Azarkeşlərə təşəkkür edirəm”, – deyə qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026