30.09.2026 - 10:25
Qüds erməni məhəlləsində narazılıq:
Dünya 2 baxış

Qüds erməni məhəlləsində narazılıq:

Qüdsün erməni məhəlləsində diqqətçəkən hadisə baş verib. Müqəddəs Yaqub monastırının yaxınlığında bir kişi ictimai yerdə təbii ehtiyacını ödəməyə çalışıb.

Minval.info xəbər verir ki, hadisəni görən mühafizəçi dərhal müdaxilə edərək həmin şəxsi ərazidən uzaqlaşdırıb. Bu hadisə erməni icması arasında narazılıq yaradıb.

“Qonşuluq xilasetmə” hərəkatının üzvü Geqam Balyan sosial mediada açıqlama verərək, bu cür davranışın erməni məhəlləsinə qarşı hörmətsizlik olduğunu bildirib. O, bu növ münasibətlərin qəbuledilməz olduğunu vurğulayıb.

Balyan, “Biz tualet deyilik. Ləyaqətimiz daim tapdalanır. Yetər. Dayanın,” sözləri ilə ictimaiyyəti bu məsələyə diqqət yetirməyə çağırıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: