04.10.2026 - 17:54
Qubada avtomobilin vurduğu məktəbli həyatını itirdi
Hadisə 2 baxış

Qubada avtomobilin vurduğu məktəbli həyatını itirdi

Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 13 yaşlı bir qız həyatını itirib. Hadisə sentyabrın 30-da Bəhrəli kəndində baş verib.

Minval.info xəbər verir ki, 2013-cü il təvəllüdlü Gülay Pirmuradova yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. Xəsarət alan qız dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər tərəfindən ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, döş qəfəsinin kontuziyası və qarın boşluğunun küt travması diaqnozları qoyulub. Gülayın müalicəsi reanimasiya şöbəsində həyata keçirilib.

Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq, Gülayın həyatını xilas etmək mümkün olmayıb. O, Rəhman Məmmədov adına Çinarlı kənd tam orta məktəbinin VIII sinif şagirdi idi.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: