15.08.2026 - 17:57
Kriminal 20 baxış

Qlendeyl şəhərində erməni cinayətkar dəstə ifşa edildi: Saxta kredit kartları və oğurluq məktublar ələ keçirildi

Kaliforniyanın Qlendeyl şəhərində fəaliyyət göstərən cinayətkar dəstə ifşa olunub. Beş erməni əsilli şəxs, poçt qutularının açarlarını dəyişdirərək sakinlərin məktublarını oğurlayıb və bu məlumatlardan saxta kredit kartları sifariş etmək üçün istifadə ediblər.

Minval.info xəbər verir ki, Qlendeyl Polis Departamenti bu barədə məlumat yayıb. Amerika hüquq-mühafizə orqanları, sakinlərin poçt qutularından məktubların oğurlandığına dair məlumatlar aldıqdan sonra araşdırmalara başlayıb.

Aparılan axtarışlar nəticəsində 36 yaşlı Razmik Barseqyan, 27 yaşlı Robert Poqosyan, 35 yaşlı Vahan Kalaşyan, 26 yaşlı Armen Harutyunyan və 27 yaşlı Artyom Militonyan həbs edilib. Axtarış zamanı müstəntiqlər, digər şəxslərə məxsus şəxsi məlumatlar, kredit kartı kodlaşdırma cihazları, nağd pul, qızıl və çoxsaylı kredit kartları aşkar ediblər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: