Qızılın sabitliyi, Bitcoinin riskləri: Hansını seçməli?
Qızıl və Bitcoin arasında seçim etmək istəyənlər üçün önəmli xəbərdarlıq var. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirir ki, qiymətli metal uzunmüddətli dövrdə kapitalın qorunması baxımından daha əlverişli vasitə hesab oluna bilər.
Minval.info xəbər verir ki, ilin əvvəlində qızılın qiyməti 5 600 dollar səviyyəsinə qədər yüksəlsə də, sonradan bazarda müəyyən korreksiyalar baş verib və qiymət 5 000 dollar ətrafında dəyişməyə başlayıb. AQC sədri qeyd edir ki, qızılın qiymətində zaman-zaman artım və azalmalar müşahidə olunsa da, bu aktiv əsrlərdir öz dəyərini qoruyub saxlayır.
Vüqar Oruc vurğulayır ki, qızılın qiyməti müəyyən dövrlərdə ucuzlaşa bilər. Lakin uzunmüddətli perspektivdə onun əsas üstünlüyü kapitalın qorunmasına xidmət etməsidir. Bu səbəbdən qızıl daha çox investisiya gəliri əldə etməkdən deyil, mövcud vəsaitin dəyərini qorumaqdan ötrü əlverişli seçimdir.
Qızıl, xarici valyuta və digər maliyyə alətlərində qısamüddətli qiymət dəyişiklikləri müəyyən risklər yaradır. Bu dəyişikliklərə böyük dövlətlərin mərkəzi banklarının qərarları, maliyyə bazarlarında tətbiq olunan siyasət, geosiyasi gərginliklər və müharibələr kimi amillər təsir göstərir. Qızılın əsas üstünlüklərindən biri uzun müddət ərzində dəyərini tamamilə itirməməsidir. Buna görə də vəsaitini 5-10 il və daha uzun müddət qorumaq istəyən şəxslər üçün qızıl daha uyğun seçim ola bilər.
Vüqar Oruc qızıldan qısa müddətdə yüksək gəlir əldə etməyin zəmanətli olmadığını da vurğulayıb. Bu aktivə yatırım edən şəxs bir neçə gün və ya bir ay ərzində qiymətin kəskin dəyişməsi ilə üzləşə bilər. Qısamüddətli gəlir əldə etmək əsasən bazardakı qiymət dəyişikliklərindən düzgün istifadə edən peşəkar investorlar üçün mümkündür.
Bitcoinə münasibətdə isə AQC sədri daha ehtiyatlı yanaşmanın tərəfdarıdır. O bildirib ki, kriptovalyutanın yüksək volatilliyi ciddi maliyyə itkilərinə səbəb ola bilər. Buna görə investorların bütün kapitalını Bitcoinə yönəltməsi risklidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda mənzillərin qiyməti nə üçün durmadan BAHALAŞIR? - SƏBƏB
Sabahın havası açıqlandı
Təhsil haqları ailə büdcəsinə necə təsir edir?
Bakı metrosunda 4 stansiya üçün yeni marşrutlar
Minimum əməkhaqqı 660 manata yüksəlir?
Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağı ilə işıqlandı
Bakıda 46 küçə yeniləndi: Təmir davam edir!