Qarlı havada avtomobili necə idarə edək? - Ekspertdən tövsiyə
“İndiki şəraitdə avtomobildən istifadə etməmək imkanınız varsa, yola çıxmayın. Hər bir halda təhlükə adi günlərlə müqayisədə qat-qat yüksəkdir. Maddi ziyana düşmək, xəsarət almaq ehtimalı böyükdür. Unutmayın ki, indiki şəraitdə təhlükəsizlik hər kəsin özündən çox, ətrafdakıların davranışından asılıdır”.
Musavat.com xəbər verir ki, bu fikri ekspert Ərşad Hüseynov yazıb. O bildirib ki, xüsusilə təkərlərə diqqət etmək faydalıdır: “Avtomobilinizdə qış üçün, qar-buz üçün təkər yoxdursa, onu tərpətməyin. Hətta qar-buz üçün olan təkər də sürüşür, bunu da unutmayın.
Ən başlıcası, qarda-buzda sürmə təcrübəniz, özü də real təcrübəniz yoxdursa, avtomobillə yola çıxmayın. Unutmayın, ən mükəmməl təchizatı olan avtomobil də uyğun təcrübəsi olmayan sürücünün əlində heç nəyə yaramaya bilər.
Nəzərə alın ki, ən tez donan və buzu gec açılan yerlər körpülərin üstü və külək döyən yerlərdir. Həmin yerlərdə çox diqqətli olun”.
Ekspert bildirib ki, piyadalarla bağlı xüsusi diqqətli olmaq lazımdır:
“Çünki onlar da rahat hərəkət edə bilmirlər, hətta hərəkət hissəsində, piyada keçidində anidən yıxıla bilərlər.
Proqnozlar onu göstərir ki, gün ərzində ölkənin əksər yerlərində, o cümlədən Abşeronda qar yağmaqda davam edəcək. Ona görə də indiki saatlarda və günorta vaxtı yolları boş görüb avtomobillə yola çıxmayın. Çalışın, bu günü avtomobilsiz keçirin. Çünki axşama doğru yollarda qar kütləsinin və buzlaşmanın artaması gözlənilir. Gündüz yola rahat çıxsanız da, axşam evə qayıtmağınız çıx ciddi problem ola bilər, uzunmüddətli tıxacda qala bilərsiniz. Bunu hər kəsin nəzərə almasını rica edirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xoşqədəm Hidayətqızı Salyandakı dəhşətin necə üzə çıxmasından danışdı
CİDDİ TƏHLÜKƏ: Xəzər dənizinin suyu niyə azalır?
Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiya
3 yaşlı Zəhranın oğurlayan qadının kimliyi məlum olub