Qardaşlar arasında dava: Sərxoşluq və cərimə ilə nəticələndi
Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Fahir İmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə o, 1 100 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Minval.info xəbər verir ki, hadisə bu il saat 21:30-da paytaxtın Nizami rayonu ərazisində baş verib. Təqsirləndirilən şəxs Fahir İmanov və zərərçəkmiş Famil İmanov birlikdə yaşadıqları evdə mübahisə ediblər. Mübahisə zamanı Famil sərxoş vəziyyətdə evə gəlib və qardaşı Fahirə nalayiq ifadələr işlədib. Bu səbəbdən Fahir qardaşına fiziki güc tətbiq edərək onu yerə yıxıb və başına zərbələr endirib.
Məhkəmə-tibbi ekspertizasının nəticəsinə görə, Famil İmanovun aldığı xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olub və bu, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilib. Məhkəmə zamanı Fahir İmanov özünü təqsirli bilməyib və qardaşına qarşı fiziki güc tətbiq etməsinin səbəbi kimi özünü və anasını müdafiə etməyi göstərib. O, hadisə zamanı anasının üzərinə hücum çəkən qardaşını dayandırmaq üçün bu addımı atdığını bildirib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Təqsirləndirilən şəxs baş verən hadisədən peşman olduğunu və belə bir vəziyyətin yenidən yaşanmasını istəmədiyini deyib. O, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək