Qarabağ"ın zədəli ulduzları: Son durum açıqlanıb
“Qarabağ” futbol klubunun zədəli oyunçularının son vəziyyəti barədə məlumat verilib. Klubun yarımmüdafiəçisi Pedro Bikalyonun zədəsi tam sağalıb və o, artıq komanda ilə məşqlərə başlayıb.
Minval.info xəbər verir ki, Renaldo Sefasın müalicəsi davam edir və onun bərpa prosesində müsbət irəliləyişlər müşahidə olunur. Futbolçunun “Tvente” ilə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda iştirak etmə ehtimalı var. Lakin onun meydana çıxması ilə bağlı yekun qərar son vəziyyətinə əsasən veriləcək.
Elvin Cəfərquliyev isə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə keçirilən cavab oyununda aldığı zədə səbəbindən əməliyyat olunacaq. Avqustun 13-də baş verən zədədən sonra aparılan müayinələr nəticəsində sol budun arxa əzələ qrupunda zədələnmə müəyyən edilib. İlkin müalicə və reabilitasiya tədbirləri gözlənilən nəticəni vermədiyi üçün avropalı mütəxəssislərlə məsləhətləşmələrdən sonra əməliyyat qərarı alınıb. Elvin Cəfərquliyevin tam bərpası və futbola qayıtması təxminən 3 ay çəkə bilər.
Zakaria Savonun bərpa prosesi də davam edir və onun 3-5 həftə ərzində komandanın sərəncamında olması gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
Sabahın hava proqnozu açıqlandı
Bakıda Binəqədi və Sabunçu rayonlarında yollar təmirə görə bağlanır
Azərbaycanda pulsuz hüquqi yardım sistemi təklif olunur