13.08.2026 - 23:11
Ölkə 20 baxış

Qarabağ"dan möhtəşəm qələbə: "Dinamo"ya qarşı iki qolla play-offa!

Ağdamın futbol komandası “Qarabağ” UEFA Konfrans Liqasında növbəti mərhələyə vəsiqə qazanıb. Komanda, Ukraynanın “Dinamo Kiyev” klubunu məğlub edərək play-off mərhələsinə yüksəlib.

Minval.info xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada “Qarabağ” 2:0 hesabı ilə qalib gəlib. İlk qolu 12-ci dəqiqədə Jali Muaddib, ikinci qolu isə 69-cu dəqiqədə Aleksey Kaşuk vurub.

İki oyunun nəticəsində “Qarabağ” ümumi hesabda 2:1 üstünlük əldə edərək adını play-off mərhələsinə yazdırıb. Növbəti mərhələdə “Qarabağ” “Tvente” (Niderland) və “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyunda “Tvente” rəqibini 6:0 məğlub edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: