Qarabağ" azarkeşlərə bilet xəbərdarlığı etdi
“Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə qarşılaşmadan əvvəl azarkeşlərə müraciət edib. Klub, oyunun başlamasına bir saat qalmış stadionun kassalarında bilet satışının dayandırılacağını bildirib.
Minval.info xəbər verir ki, bu qərar, oyun öncəsi hazırlıq və təşkilati işlərin tam şəkildə həyata keçirilməsi, eləcə də azarkeşlərin stadiona rahat və təhlükəsiz girişinin təmin olunması məqsədilə qəbul edilib. Klub, azarkeşlərdən biletləri əvvəlcədən əldə etməyi xahiş edib.
Qeyd edək ki, komandalar arasında pley-off mərhələsinin Niderlandda keçirilən ilk oyunu “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşması avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
Sabahın hava proqnozu açıqlandı
Bakıda Binəqədi və Sabunçu rayonlarında yollar təmirə görə bağlanır
Azərbaycanda pulsuz hüquqi yardım sistemi təklif olunur