17.01.2018 - 20:18
Ölkə
2 baxış
Qanunsuz ov edən 13 nəfər tutuldu
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.Minval.İnfo DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxtın Xəzər, respublikanın Sumqayıt, Şəki, Cəlilabad, Biləsuvar, Ağcabədi, Qaradağ, Neftçala, Hacıqabul şəhər və rayonlarında keçirilən belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının pozulması), 590-cı (mülki silahın və döyüş sursatının saxlanılması və daşınması qaydalarının pozulması) və 230-cu (heyvanlar aləmi obyektindən özbaşına istifadə edilməsi) maddələrinin tələblərini pozmuş 13 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərdən 7 ədəd ov silahı götürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yaşayan Nuh peyğəmbərin “nəvələri” alimlərdən kömək istəyir
14.06.2019 - 15:27
Sabah Bakıda yağış yağacaq, külək əsəcək
15.02.2019 - 13:20
Sabahın hava proqnozu
16.05.2022 - 13:40
Azərbaycanda nazir və icra başçılarının maaşları (SİYAHI)
23.11.2018 - 19:20
Generalın xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib - FOTOLAR
14.07.2021 - 13:11
Sabaha olan hava proqnozu açıqlandı
19.04.2020 - 13:22
Azərbaycan ordusu döyüş atışlarına başladı – FOTO - VİDEO
04.07.2018 - 20:29