07.08.2026 - 10:56
Kriminal 65 baxış

Qəsdən törədilən faciə: Tərtərdə yanaraq ölən cütlüyün cinayət sirri açıldı

Tərtər şəhərində ər və arvadın yanaraq həyatını itirdiyi hadisənin qəsdən törədildiyi məlum olub. Hadisə ilə əlaqədar bir nəfər saxlanılıb.

Minval.info xəbər verir ki, hadisənin 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törədildiyi müəyyən edilib. O, sübh saatlarında 1941-ci il təvəllüdlü Əsgər Səmədov və 1954-cü il təvəllüdlü Adilə Hüseynovanın yaşadığı evə oğurluq məqsədilə daxil olub və daha sonra evə od vuraraq hadisə yerindən qaçıb.

Hadisə nəticəsində 85 yaşlı kişi və 72 yaşlı qadın həyatını itirib. Vəfat edən şəxslərin oğlu bildirib ki, evdən 15 min manat pul oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Vüqar Baxşəliyev saxlanılıb. Ahıl şəxslərin yanğından əvvəl öldürülməsi və ya yanğın nəticəsində vəfat etmələri araşdırılır. Faktla bağlı cinayət işi açılıb və istintaq davam edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: