Prezidentin yüksək vəzifə verdiyi Adil Kərimli kimdir?
Xəbər verdiyimiz kimi, Adil Kərimli mədəniyyət nazirinin birinci müavini təyin edilib. O, eyni zamanda mədəniyyət naziri vəzifəsini icra edəcək.
“Qafqazinfo” xəbər verir ki, Adil Kərimli bu təyinata qədər Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışıb. 2012-ci ildən bu vəzifədə çalışan Adil Kərimli “Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.
Həmçinin Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələri, Fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə İşçu Qrupunun üzvu olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb. “Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olub, 2012-ci ildə Bakının bu mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi qrupunun rəhbəri kimi çalışıb. Həmin dövrdə Avropa Yayımları Birliyinin hüquq və ictimai işlər komitəsinin üzvü olub.
A.Kərimli 1979-cu il təvəllüdlüdür, 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 2001-ci ildə isə magist elmi dərəcəsində bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO
Azərbaycanlılar niyə İranı seçir? - Ekspert AÇIQLADI
Büdcədəki artım aztəminatlı və çoxuşaqlı ailələrə xərclənsin - Deputat
Sərkisyan təcili Qarabağa gəldi - ordu komandanlığını topladı - FOTOLAR
Bakıda "Priora" yaşlı qadını belə vurdu - Qadın qəsdən vurulub? - VİDEO
Azərbaycanda qadından dəhşətli cinayət: ərini öldürüb, meyitini yandırdı
Masazırda binanın komendantı 3 nəfəri güllələdi