Prezident İlham Əliyev iki nəfəri “Şöhrət” ordeni ilə təltif edib
Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Fərhad Ağa Səlim oğlu Babayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Minval.İnfo-nun xəbərinə görə, dövlət başçısının digər sərəncamı ilə Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə Arif Möhübəli oğlu Əzizov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, əməkdar mədəniyyət işçisi olan Fərhad Babayev Heydər Əliyev Sarayının direktorudur. Yanvarın 5-də F.Babayevin 70 yaşı tamam olub.
Əməkdar incəsənət xadimi Arif Əzizov isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru və Dünya Rəssamlıq Akademiyasının Bakı nümayayəndəliyinin rəhbəridir. Yanvarın 3-də onun 75 yaşı tamam olub.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib